"Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb

Komanda
  • 20 oktyabr, 2026
  • 13:57
Gəncə klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb

FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan ""Rilski Sportist" (Bolqarıstan) - "Gəncə" oyunu təxirə salınıb.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.

C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.