AVRO-2024: İspaniya yığması 1/4 finala yüksəlib - YENİLƏNİB - 8

AVRO-2024: İspaniya yığması 1/4 finala yüksəlib - YENİLƏNİB - 8 Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşamasında hesab açılıb.
Futbol
1 İyul , 2024 01:04
AVRO-2024: İspaniya yığması 1/4 finala yüksəlib - YENİLƏNİB - 8

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Gürcüstan qarşılaşması başa çatıb.

"Report" xəbər verir ki, İspaniya rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qarşılaşmanın 18-ci dəqiqəsində Roben Le Norman avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardınca Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.

00:45

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında İspaniya yığması daha bir qol vurub.

"Report" xəbər verir ki, Dani Olmo 83-cü dəqiqədə hesab arasındakı fərqi artırıb - 4:1.

Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxarıb. Komandanın üçüncü qolunu Niko Uilyams (75) vurub.

00:39

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında İspaniya yığması üçüncü qolu vurub.

"Report" xəbər verir ki, Niko Uilyams 75-ci dəqiqədə fərqlənib - 3:1.

Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə çıxarıb.

00:13

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında İspaniya yığması hesabda önə keçib - 2:1.

"Report" xəbər verir ki, Fabian Ruis 51-ci dəqiqədə fərqlənib.

Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub. Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.

00:05

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda hesab bərabərdir - 1:1.

Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.

23:51

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub. İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.

23:41

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında hesab bərabərləşib.

"Report" xəbər verir ki, İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.

Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub.

23:22

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşmasında hesab açılıb.

"Report" xəbər verir ki, İspaniya yığmasının futbolçusu Roben Le Norman 18-ci dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, matçı fransalı referi Fransua Leteksye idarə edir.

23:00

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya - Gürcüstan qarşılaşması start götürüb.

"Report" xəbər verir ki, oyun Kölndəki "Reyn Enerqi" stadionunda keçirilir.

Qeyd edək ki, matçı fransalı referi Fransua Leteksye idarə edir.

Son xəbərlər

Orphus sistemi