AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub AVRO-2024: Avstriya - Azərbaycan
Futbol
25 Mart , 2023 01:36
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib. 

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub. 

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib. 

Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Avstriya seçməsinin kapitanı Marsel Sabitzer fərqlənib. Bundan bir dəqiqə sonra Mixael Qreqoritş fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 64-cü dəqiqədə Emin Mahmudov fərqi azaltsa da, beş dəqiqə sonra Kristof Baumqartner 4-cü qolu Azərbaycan yığmasının qapısından keçirib. 

F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq. 

01:15

Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

"Report" xəbər verir ki, meydan sahibləri 4-cü dəfə fərqləniblər.

69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb.

Avstriya seçməsi hazırda 4:1 hesabı ilə öndədir.

01:10

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

"Report" xəbər verir ki, Azərbaycan yığması hesab arasındakı fərqi azaldıb.

64-cü dəqiqədə Emin Mahmudov topu rəqib qapısından keçirib.

Avstriya seçməsi hazırda 3:1 hesabı ilə öndədir.

00:57

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

"Report" xəbər verir ki, meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar.

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir.

00:49

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, meydan sahibləri hazırda 2:0 hesabı ilə öndədirlər.

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

00:33

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

00:16

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda iki qol vurulub.

"Report" xəbər verir ki, meydan sahibləri 28 və 29-cu dəqiqələrdə fərqləniblər.

Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib.

Avstriya seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

23:45

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

22:18

AVRO-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner

Baş məşqçi: Ralf Ranqnik

Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi