Argentina millisi 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının seçmə mərhələsində Braziliya yığmasını məğlub edib.
“Report” xəbər verir ki, "Marakana" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub. 82-ci dəqiqədə isə braziliyalı hücumçu Joelinton birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Stadionda azarkeşlərlə polis arasında baş verən qarşıdurma səbəbindən matç gec başlayıb. Hətta argentinalı futbolçular da münaqişəyə müdaxilə edib. Bundan sonra qonaqların kapitanı Lionel Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb.
Argentina 6 oyundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. Braziliya 7 xalla altıncıdır.