“Araz-Naxçıvan”ın futbolçusu 4-5 ay yaşıl meydanlardan kənar qalacaq

Futbol
  • 31 oktyabr, 2024
  • 13:49
“Araz-Naxçıvan”ın futbolçusu 4-5 ay yaşıl meydanlardan kənar qalacaq

“Araz-Naxçıvan”ın əməliyyat olunan futbolçusu Ramin Nəsirli 4-5 ay yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.

Ön çarpaz bağların qopması və menisk səbəbindən əməliyyat olunan yarımmüdafiəçi noyabrın 2-də Bakıya dönəcək.

Qeyd edək ki, 22 yaşlı hücumçu məşq prosesində zədələnib.