Argentina millisi Amerika Kubokunun qalibi olub

Argentina millisi Amerika Kubokunun qalibi olub Mayamidə Argentina və Kolumbiya arasında keçirilən Amerika Kubokunun final matçının startı “Hard Rock” stadionun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.
Futbol
15 İyul , 2024 08:04
Argentina millisi Amerika Kubokunun qalibi olub

Argentina millisi ABŞ-də təşkil edilən futbol üzrə Amerika Kubokunun qalibi olub.

"Report"un məlumatına görə, Lionel Skaloninin rəhbərlik etdiyi komanda finalda Kolumbiya kollektivini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara qol vurulmayıb. 112-ci dəqiqədə isə Argentina millisinin hücumçusu Lautaro Martines komandasına qələbə qazandıran qolun müəllifi olub.

Bununla da Argentina 16-cı dəfə turnirin qalibi olub. Cənubi amerikalılar Uruqvay yığmasını qabaqlayaraq Amerika Kubokunu ən çox qazanan komanda ünvanına yiyələnib.

Mayamidə keçirilən final matçının startı “Hard Rock” stadionunun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib. Bu barədə stadionun sosial şəbəkədəki X səhifəsində məlumat verilib.

“Bugünkü Amerika Kubokunun final matçı öncəsi biletləri olmayan minlərlə azarkeş stadiona daxil olmağa cəhd göstərərək, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını həddindən artıq riskə atdı. Giriş prosesinə nəzarət etmək və hər kəsin təhlükəsizliyini təmin etmək üçün qapılar bağlandı”, - bəyanatda deyilir.

Vəziyyət normallaşdıqdan sonra matç 1 saatdan çox gecikmə ilə saat 20:22-də (Bakı vaxtı ilə 05:22) başlayıb. “USA Today” xəbər verir ki, izdihamdan sonra azı 7 nəfər həkimlərə müraciət edib.

Son xəbərlər

Orphus sistemi