Bolqarıstanda kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb

Digər ölkələr
  • 14 noyabr, 2026
  • 19:19
Bolqarıstanda kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb

Bolqarıstanda "Frakiya" avtomagistralında iki böyük yol-nəqliyyat hadisəsinin qurbanlarının sayı 13-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, daha öncə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş 42 yaşlı kişi Burqas xəstəxanasında vəfat edib. Müxtəlif xəsarətləri olan daha 51 zərərçəkmiş xəstəxanalardadır.

Xatırladaq ki, noyabrın 10-u səhər saatlarında Bolqarıstanda "Trakiya" avtomagistralında iki kütləvi yol-nəqliyyat hadisəsi baş verib. Ümumilikdə 86 minik və yük avtomobili toqquşub.

44 filmi