Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Hindistan və Ukrayna ilə üz-üzə gələcək

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Hindistan və Ukrayna ilə üz-üzə gələcək Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirəcək.
Fərdi
15 Sentyabr , 2024 11:02
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Hindistan və Ukrayna ilə üz-üzə gələcək

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, kişilərdən ibarət yığma Hindistanla qarşılaşacaq.

Qadınlardan ibarət milli isə Ukrayna ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

Son xəbərlər

Orphus sistemi