Qış və Yay Olimpiya Oyunlarının teleyayım hüququ 1,3 milyard dollara satılıb

Qış və Yay Olimpiya Oyunlarının teleyayım hüququ 1,3 milyard dollara satılıb Yayımın böyük hissəsini "Eurosport" həyata keçirəcək
Fərdi
30 İyun , 2015 10:42
Qış və Yay Olimpiya Oyunlarının teleyayım hüququ 1,3 milyard dollara satılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 4 olimpiadanın teleyayım hüququnu "Discovery Communications" mediaholdinqinə 1,3 milyard dollara satıb. "Report" İOC-un rəsmi saytına istinadən xəbər verir ki, 2018, 2020, 2022, 2024-cü il Yay və Qış Olimpiya Oyunları yayımının böyük hissəsini holdinqə məxsus "Eurosport" telekanalı həyata keçirəcək.

"Discovery Communications"un kommunikasiyalar üzrə direktoru Devid Zaslavanın sözlərinə görə, telekanal təkcə Avropada Oyunlar üçün rekord həcmdə - 700 milyon nəfərlik auditoriya toplamaq niyyətindədir. Holdinqin yayımları Rusiya istisna olmaqla, qitənin bütün ölkələrini əhatə edəcək.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları Pxençxan (Cənubi Koreya), 2020-ci il Yay Olimpiya Oyunları Tokio (Yaponiya) şəhərlərində təşkil olunacaq. 2022-ci il Qış və 2024-cü il Yay olimpiadalarının keçiriləcəyi şəhərlər hələ müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi