III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər Atıcılıqda beş, boksda üç, taekvondoda isə bir idmançı qüvvəsini sınayacaq
Fərdi
24 İyun , 2023 09:04
III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

"Report"un məlumatına görə, yarışın beşinci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Atıcılıqda iki idmançı fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komanda qüvvəsini sınayacaq. Millinin üç boksçusu rinqə çıxacaqsa, taekvondoçu Cavad Ağayev medal qazanmağa çalışacaq.

Atıcılıq

11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)
13:00. Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Taekvondo
13:36. Kişilər: Cavad Ağayev (68 kq)

Boks

Qadınlar

20:15. 54 kq, 1/16 final
Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)

Kişilər

20:45. 80 kq, 1/16 final
Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)

Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi