Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi Azərbaycanın 10 təmsilçisindən yarısı ilk yarış günündə mübarizə aparıb
Fərdi
5 May , 2021 16:51
Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

Rusiyanın Kazan şəhərində cüdo üzrə Böyük Dəbilqəyə start verilib.

"Report"un məlumatına görə, Azərbaycanın 10 təmsilçisindən yarısı ilk yarış günündə mübarizə aparıb.

60 kq-dakı Davud Məmmədsoy 1/16 final mərhələsində Albert Oğuzovu (Rusiya) mübarizədən kənarlaşdırıb, ardınca isə David Pulkrabekə (Çexiya) məğlub olub.

1/32 final mərhələsindən yarışa qoşulan Elçin Hüseynov (66 kq) ardıcıl olaraq Karmine Maria Di Loretoya (İtaliya), Yerlan Serikjanovaya (Qazaxıstan) və Xuan Postiqosa (Peru) qalib gəlib. O, 1/4 finalda Murad Çopanovla (Rusiya) bacarmayıb. Hüseynov təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən Aram Qriqoryana (Rusiya) qalib gələ bilməyib və 7-ci olub.

Bu gün 3 qadın cüdoçunun hamısı 1/16 final mərhələsinin görüşlərini qələbə ilə bitirib. 48-dakı Leyla Əliyeva Melani Vieu (Fransa), eyni çəkidəki Aişə Qurbanlı Katarina Ments (Almaniya), 52 kq-da yarışan Gültac Məmmədəliyeva isə Lus Olvera (Meksika) ilə dueldən qalib ayrılıb. Onlar daha sonra müqaviq olaraq Funa Tonaki (Yaponiya), İrena Xubulova (Rusiya) və Astride Gnetoya uduzublar.

Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqədə 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi