Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar

Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar Batumidə “Grand Bellagio Championship-2" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.
Fərdi
15 Sentyabr , 2024 14:26
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar

Batumidə “Grand Bellagio Championship-2" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ikinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları əsasında təşkil edilib.

Çempionatda Azərbaycan, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyə və Ermənistan idmançıları iştirak ediblər.

Turnirdə MMA qaydalarına əsasən 68 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Yusif Qasımov
qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gəlib.

Gecənin əsas döyüşündə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev uqandalı idmançı, qitə və üç qat dünya çempionu Umar Semata üzərində qələbə qazanıb. Alim Nəbiyev bununla da keçirdiyi 64-cü döyüşdə 56-cı qələbəsini təmin edib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Batumidəki baş konsulluğun əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları idmançılarımıza dəstək olmaq üçün tədbirə qatılıblar.

Son xəbərlər

Orphus sistemi