Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
Fərdi
- 03 may, 2024
- 11:10
Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyinə ölkəmiz ev sahibliyi edəcək.
32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında baş tutacaq.
Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcəklər. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq.
Qeyd edək ki, görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2026)
Maliyyə09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.09.2026)
Maliyyə08:57
Makron: Fransa Hörmüz boğazında yalnız müdafiə əməliyyatında iştiraka hazırdır
Digər ölkələr08:52
Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur08:38
Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub
Digər ölkələr08:21
Foto
Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:13
Foto
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Hadisə07:48