Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başla
Fərdi
30 Noyabr , 2023 11:05
Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

"Report"un məlumatına görə, konfransın əsas məqsədi idman elmlərində müasir nəzəriyyələri, yeni tendensiyaları müzakirə etmək, idmanla bağlı müxtəlif sahələrin təmsilçiləri arasında fənlərarası fikir mübadiləsi aparmaqdır.

Konfransın açılışında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, parlamentin Gənclər və İdman Komitəsinin üzvü Ülvi Quliyev çıxış ediblər.

Tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli addım olduğunu vurğulayan natiqlər konfransın işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universitetinin (UCL), London İmperial Kollecinin, Portsmut Universitetinin, Keele Universitetinin, Belqrad Universitetinin və digər ali məktəblərin ASAPES-in də tədris prosesinə cəlb edilmiş professor heyəti iştirak edir.

Maykl Pol Luzmor, Paulina Mariya Kloskovska, Amanda Ceyn Pinkney, Kolin Raymond Qibson, Denis Remedios, Endryu Len, Con Pol Bakli, Roman Yahoda, Bryus Paton kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər ediblər.

Açılış hissəsindən sonra konfrans idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətlər üzrə aktual mövzularda məruzələrlə davam edib.

Konfrans dekabrın 1-də idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.

Son xəbərlər

Orphus sistemi