Azərbaycanlı idmançı: “Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar”

Azərbaycanlı idmançı: “Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar” “Baş verənlər ermənilərin barbar xalq olduqlarının daha bir sübutu idi”.
Fərdi
15 Aprel , 2023 23:20
Azərbaycanlı idmançı: “Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar”

“Ermənilər millimizin medallar qazanmasından qorxaraq, təxribata əl atdılar”

“Report” xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nazilə İsmayılova (49 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Xanım idmançının sözlərinə görə, növbəti yarışlarda uğurlu çıxış edəcəklər: “Çox məyusuq. Çünki yarışa komanda şəklində çox gözəl hazırlaşmışdıq. Medallarımız ola bilərdi. Hətta medal qazanmaq şanslarımız çox böyük idi. Ermənistanda himnimiz də oxuna bilərdi. Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycan Dövlət himninin orada ikinci dəfə oxunmasının qarşısını almaq üçün belə bir təxribat törətdi. Növbəti yarışlarda uğurlu çıxış edərək, gücümüzü yenə göstərəcəyik”.

Nazilə İsmayılova, əslində, aprelin 14-də İrəvanı tərk etmək qərarına gəldiklərini bildirib: “Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Təhlükəsizliyimiz də təmin olunmamışdı. Axşam saatlarında hoteli tərk etmək istəyəndə dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik, buradan çıxmayın. Dövlət başçımızın və Birinci vitse-prezidentimizin köməyi sayəsində federasiyamızın nümayəndələri bizi Vətənə sağ-salamat qaytardılar”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Son xəbərlər

Orphus sistemi