Azərbaycanlı döyüşçü: "UFC-də iştirak etmək hər idmançının arzusudur"

Fərdi
  • 18 iyun, 2025
  • 10:18
Azərbaycanlı döyüşçü: UFC-də iştirak etmək hər idmançının arzusudur
Tofiq Musayev

UFC-də iştirak etmək hər idmançının arzusudur.

"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev mətbuat konfransında deyib.

35 yaşlı idmançı yarışa çox yaxşı hazırlaşdığını söyləyib:

"Rəqibimi təhlil etmişəm. Ölkəmi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Yaş mənim üçün, sadəcə, bir rəqəmdir. Yaş barədə düşünsəydim, UFC-yə gəlməzdim".

O, rəqibi haqqında da danışıb:

"Düşünürəm ki, mənə layiqli döyüşçüdür. Həmişə ciddi rəqiblərlə mübarizə aparmaq istəmişəm. Öz döyüşümü göstərmək niyyətindəyəm. Rəqib də məni ciddiyə almalıdır. Düşünürəm ki, bir-birimizə layiqli rəqibik".

T.Musayev döyüşə kökləndiyini söyləyib:

"Bundan sonra nələrin olacağını deyə bilmərəm. Düşünürəm ki, bizdən sonra da bir çox azərbaycanlı idmançılar UFC-yə düşməyə can atacaqlar".

Azərbaycanlı döyüşçü heç vaxt hansısa rəqibdən imtina etmədiyini söyləyib:

"Bunu özümə yaraşdırmaram. Oralbaidən güclü döyüşçülərdən də imtina etmərəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. T.Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti