Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.
"Report" xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılsa da, Migel Treyosunun (Kolumbiya) müqavimətini qıra bilməyib.
87 kq-dakı Taleh Süleymanov Manuel Polleti (Belçika) yensə də, Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.
Nəhayət, Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova da dayanq üzərinə çıxıb. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakamini (Yaponiya) yenib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.
Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.