Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" çempionatında uğurlu çıxış edib.
"Report" xəbər verir ki, yarışda üç atla mübarizə aparan idmançı böyük atlar (Qızıl Tur) arasında üç qızıl medal əldə edib.
Qeyd edək ki, aprelin 7-də başa çatacaq turnirdə cavan atlardan (5-7 yaş) da istifadə olunur.