Azərbaycanın daha bir cüdoçusu İslamiadada medal qazanıb - YENİLƏNİB-4
- 09 noyabr, 2025
- 20:43
Cüdo üzrə +100 kq çəki dərəcəsində Uşanqi Kokauri Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda döşək üzərinə çıxıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçimiz həlledici görüşdə misirli Mohamed Masoud Aborakian ilə qarşılaşıb.
Rəqibini ipponla məğlub edən Kokauri üçüncü olub.
Cüdo üzrə 100 kq çəki dərəcəsində son Olimpiya çempionu Zelim Kotsoyev Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda tatamiyə çıxıb.
"Report"un yarışa ezam olunmuş müxbiri xəbər verir ki, Kotsoyev həlledici görüşdə misirli rəqibi Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 bürünc medal qazanıb.
"Report"un yarışa ezam olunmuş müxbiri xəbər verir ki, 70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.
Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Azərbaycanın daha bir cüdoçusu Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un yarışa ezam olunmuş müxbiri xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev yarımfinalda bəhreynli rəqibi Said Sadrudinovu məğlub edərək adını finala yazdırıb.
Qeyd edək ki, bu gün digər cüdoçumuz Südabə Ağayeva (70 kq) da həlledici mərhələyə adlayıb.
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un yarışa ezam olunmuş müxbiri xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində Kamerun təmsilçisi Zita Ornella Biamini məğlub edərək adını həlledici görüşə yazdırıb.
Final qarşılaşması bu gün keçiriləcək.