Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəlib
Fərdi
- 28 noyabr, 2025
- 21:48
Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
"Report" xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.
İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.
Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar.
Son xəbərlər
23:15
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
Digər ölkələr23:01
"Trabzonspor" Salahın het-trik etdiyi oyunda "Qalatasaray"a qalib gəlib
Futbol22:59
Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib
Digər ölkələr22:57
İran ordusu CENTCOM-un Hörmüzlə bağlı bəyanatını təkzib edib
Region22:47
AFP: Yəmən qüvvələri və husilər arasındakı döyüşlərdə 50-yə yaxın şəxs həlak olub
Digər ölkələr22:36
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Region22:28
Niderlandın Baş naziri Haaqadakı iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib
Digər ölkələr22:20
Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanılıb
Region22:07