Azərbaycan atıcıları III MDB Oyunlarında daha bir medal qazanıblar - YENİLƏNİB-2
- 30 sentyabr, 2025
- 17:43
Azərbaycan atıcıları III MDB Oyunlarında daha bir medal qazanıblar.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, Mürtəza Novruzlu - Nərmin Cəfərova cütlüyü səngər stendi üzrə qarışıq komanda yarışında üçüncü olublar.
Rusiyalı Kiril Baqrov - Alina Axatova dueti qızıl, qazaxıstanlı Boqdan Konçenko - Anastasiya Prilepina tandemi gümüş medal qazanıb.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
Azərbaycan atıcısı III MDB oyunlarında gümüş medal qazanıb.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə Cavid Həsənov ikinci yeri tutub.
Rusiyalı German Telenin qızıl medal qazanıb. Qazaxıstanlı Ratmir Yenikeyev isə üçüncü olub.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
Azərbaycan atıcısı Daniella Ulanova III MDB Oyunlarında üçüncü yeri tutub.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə o, stend atıcılığınıda bürünc medal qazanıb.
Qəbələ Atıcılıq Klubunda təşkil olunan yarışlarda ilk iki pilləni müvafiq olaraq rusiyalı idmançılar - Yelizaveta Yevqrafova və Darya Lekomtseva tutublar.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.