Amerikalı şahmatçı 30 yaşında vəfat edib
Fərdi
- 20 oktyabr, 2025
- 22:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Amerikalı şahmatçı Daniel Naroditski 30 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi barədə məlumat yoxdur.
"Qrossmeyster Daniel Naroditski vəfat edib. O, istedadlı şahmatçı, şərhçi və müəllim olub. FIDE Danielin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir", - federasiyanın açıqlamasında deyilir.
Naroditski 2015-ci il dünya çempionatının komanda yarışında ABŞ-ni təmsil edib. O, 2019-cu ildə ölkəsində baş tutan Masters çempionatında birinci yeri tutub. Bundan başqa, Daniel Naroditski 2007-ci ildə 12 yaşadək yeniyetmələr arasında dünya çempionu, 2013-cü ildə isə gənclər arasında ABŞ birincisi olub.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media