Xaçmazda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb

Xaçmazda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə yaranıb.
Energetika
25 Sentyabr , 2022 10:01
Xaçmazda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb

Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb.

"Azərişıq" ASC-dən "Report"a bildirilib ki, hadisədən dərhal sonra təmir bərpa briqadaları ərazilərə yollanıb.

ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.

Qeyd edək ki, güclü külək səbəbindən dünən axşam rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilmişdi.

03:17

Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə yaranıb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilib.

Nəticədə dünən axşam saatlarından etibarən rayon ərazisində işığın verilməsində fasilələr yaranıb.

Xaçmaz Regional Elektrik Şəbəkəsindən verilən məlumata əsasən, rayonda elektrik enerjisində yaranan fasilələrə səbəb havanın küləkli olması, elektrik xətlərinin köhnə və qəzalı vəziyyətidir. Həmin xətlərdə bərpa işlərinə başlanılıb. Artıq bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatının bərpası cəhdləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi