TANAP üçün nəzərdə tutulan kreditin ikinci tranşı "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılıb

TANAP üçün nəzərdə tutulan kreditin ikinci tranşı "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılıb IBRD və AIIB layihənin tikintisinə 146,3 və 219,5 milyon ABŞ dolları məbləğində kredit ayırıb
Energetika
5 Aprel , 2017 19:29
TANAP üçün nəzərdə tutulan kreditin ikinci tranşı Cənub Qaz Dəhlizi QSC-yə ayrılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə cari ilin 30 mart tarixində 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən ayrılmış kredit xətti üzrə cari ilin 5 aprel tarixində 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. 

"Report" xəbər verir ki, hər iki beynəlxalq maliyyə institutundan müvafiq olaraq 108,4 və 162,6 milyon ABŞ dolları məbləğində ilk maliyyə tranşı cari ilin fevral ayında ayrılıb.

Xatırladaq ki, Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Borcalan qismində çıxış edən və səhmlərinin 100%-i birbaşa və dolayısı ilə Azərbaycan Respublikasına məxsus olan “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3500 km-dən artıq olan və Avropa Birliyi tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycan Respublikasının maraqlarını təmsil edən şirkətdir.

Son xəbərlər

Orphus sistemi