SOCAR rəsmisi: "Tezliklə Azərbaycan qazının Serbiyadan nəqli ilə bağlı işlərə başlayacağıq"

SOCAR rəsmisi: "Tezliklə Azərbaycan qazının Serbiyadan nəqli ilə bağlı işlərə başlayacağıq" Azərbaycan qazının Serbiya ərazisindən nəqli üzrə əməkdaşlıq genişləndiriləcək və yaxın aylarda bu istiqamətdə fəaliyyətə başlanılacaq.
Energetika
25 İyul , 2024 14:18
SOCAR rəsmisi: Tezliklə Azərbaycan qazının Serbiyadan nəqli ilə bağlı işlərə başlayacağıq

Azərbaycan qazının Serbiya ərazisindən nəqli üzrə əməkdaşlıq genişləndiriləcək və yaxın aylarda bu istiqamətdə fəaliyyətə başlanılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, təbii qaz sahəsində tərəfdaşlıqdan başqa SOCAR həm də Serbiya bazarına xam neft tədarükçüsüdür: "Bu ilin ilk altı ayında Serbiyaya xam neft tədarükü 2023-cü illə müqayisədə təxminən iki dəfə artıb. Təbii ki, biz bu əməkdaşlığı genişləndirməyə hazırıq. Azərbaycan ilə Serbiya arasında əməkdaşlığa töhfə vermək niyyətində olduğumuzu bildirmək istəyirəm".

Xatırladaq ki, 2023-cü ilin noyabrın 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq.

Son xəbərlər

Orphus sistemi