SOCAR gələn ay Pakistana LNG tədarükü həyata keçirəcəkmi?

SOCAR gələn ay Pakistana LNG tədarükü həyata keçirəcəkmi? Şirkətlərin bu ölkəyə təbii qaz idxalına imtina etməsinə başlıca səbəb isə son günlər dünya bazarında təbii qazın qiymətinin artmasıdır
Energetika
18 Yanvar , 2021 10:13
SOCAR gələn ay Pakistana LNG tədarükü həyata keçirəcəkmi?

Pakistanda qaz böhranı davam edə bilər.

“Report”un Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb bir çox tanınmış qaz tədarükçüsü şirkətlərinin Pakistana təbii qaz idxalını imtina etməsidir.

Şirkətlərin bu ölkəyə təbii qaz idxalına imtina etməsinə başlıca səbəb isə son günlər dünya bazarında təbii qazın qiymətinin artmasıdır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistana fevralın 15-16-da mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü planlaşdırırdı. "Pakistan Today"ın mənbələri SOCAR-ın da açıq bazarda qiymət artımını nəzərə alaraq müqavilədən imtina edəcəyindən qorxurlar. Lakin Pakistanın Neft Departamenti SOCAR-ın bu ölkəyə LNG qazının çatdırılması üçün ən ucuz qiymətləri təklif etməkdən imtina etməyəcəyinə israr edir.

Xatırladaq ki, ötən ilin sonunda keçirilən tenderdə SOCAR Pakistana LNG qazının çatdırılması üçün ən ucuz qiyməti təklif edib. Belə ki, SOCAR-ın 1 milyon mmbtu (Britaniya istilik vahidi) üçün təklif etdiyi qiymət 10,5 ABŞ dolları olub. Yükün çatdırılma müddəti isə 15-16 fevral tarixlərində baş tutacaq.

Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkəti isə fevralın 23-24-də çatdırılma ilə 1 milyon mmbtu üçün təklif etdiyi qiymət 11,70 ABŞ dolları olub. Ancaq təbii qazın qiymətinin artması səbəbindən şirkət öz təklifindən imtina etməli olub. Şirkət bildirib ki, dünya bazarında təbii qazın qiymətinin və ona olan tələbatın artması səbəbindən onun bu ölkəyə LNG qazını idxal etmək imkanı olmayacaq.

Mütəxəssislərin fikrincə, ENOC şirkətinin təklifinin yerinə yetirməməsi Pakistanda yaranmş təbii qaz böhranını daha da dərinləşdirə bilər. Çünki, şirkət 300 min ABŞ dolları dəyərində tenderin qalibi olub. Bir çox ekspertlər bildirirlər ki, şirkətin bu təklifdən imtina etməsi gələcəkdə onun digər tenderlərdə iştirak etməsi üçün müəyyən çətinliklər yarada bilər.

Qeyd edək ki, mütəxəssislər deyir ki, Pakistan hökuməti tərəfindən LNG qazının tədarükü ilə bağlı elan edilmiş tenderin qaliblərindən biri olan “Vitol” şirkəti də qaz tədarükü təklfindən imtina edə bilər.

Son xəbərlər

Orphus sistemi