Azərbaycan ötən il 1 milyard kVt/saatdan çox elektrik enerjisi ixrac edib
Energetika
- 14 yanvar, 2026
- 13:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt/saat təşkil edib.
Bu barədə "Report" Energetika Nazirliyinin açıqladığı 2025-ci il üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumata istinadən xəbər verir.
Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 250,2 milyon kVt/saat və ya 17,9 % azdır.
Ötən il ölkədə elektrik enerjisinin idxalı 177,2 milyon kVt/saat olub. Bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 6,7 milyon kVt/saat və ya 3,9 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 397,5 milyon kVt/saat, idxalı isə 170,5 milyon kVt/saat olub.
Азербайджан экспортировал в 2025 году более 1 млрд кВт/ч электроэнергии
Azerbaijan's electricity exports surpassed 1 billion kWh in 2025
Son xəbərlər
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət
23:57
Braziliyada avtomobilin gölə düşməsi nəticəsində on nəfər ölüb
Digər ölkələr
23:47
İranın Qeşm adasında partlayışlar baş verib
Region
23:41
"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Xarici siyasət
23:26
Tramp ABŞ-nin İrana hücumlarını yenidən başlamasını az ehtimal edir
Digər ölkələr
23:04
Foto
Video
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Daxili siyasət