OPEC+ ölkələri noyabrda neft hasilatını sutkada 137 min barel artıracaq
Energetika
- 05 oktyabr, 2025
- 17:31
OPEC+ ölkələri noyabrda neft hasilatını sutkada 137 min barel artırmağa razılaşıblar.
"Report" xəbər verir ki, bu barədə qurum videokonfrans vasitəsilə keçirilən görüşün yekunlarına dair açıqlamasında bildirib.
Məlumata görə, ən böyük artım Səudiyyə Ərəbistanında gözlənilir və burada neft hasilatı sutkada 41 min barel artacaq.
Qeyd olunur ki, hasilatın artırılması ilə bağlı qərar qlobal iqtisadi mənzərənin sabitliyi və əlverişli bazar əsasları fonunda qəbul edilib.
"OPEC+ ölkələri bazar konyukturasını yaxından izləməyə və qiymətləndirməyə davam edir. Onlar ehtiyatlı yanaşmanın və əlavə könüllü hasilat düzəlişlərini dayandırmaq və ya ləğv etmək üçün tam çevikliyi qorumağın vacibliyini bir daha təsdiqləyiblər", - bəyanatda vurğulanır.
Son xəbərlər
15:53
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 16 %-ə yaxın azaldıb
Biznes15:51
Bundesliqa klubu "Borussiya"nın futbolçusunu transfer edib
Futbol15:48
İsveçrə Maduronun aktivlərini dondurub
Digər ölkələr15:44
Viktor Orban: Avropa İttifaqı tədricən dağılmağa məhkumdur
Digər ölkələr15:44
Ukraynalı hücumçu "Yuventus"a təklif olunub
Futbol15:43
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib
Digər ölkələr15:29
Elvin Məmmədov: "Neftçi"nin təklif etdiyi müqavilənin şərtləri əlverişli idi"
Futbol15:25
Pərviz Şahbazov Masallıda vətəndaşları qəbul edəcək
Energetika15:21