Lerikin 80 kəndi işıqsız qalıb

Energetika
  • 19 yanvar, 2026
  • 12:23
Lerikin 80 kəndi işıqsız qalıb

Lerik rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 80 kəndin elektrik enerjisi ilə təchizatı kəsilib.

"Report"un Cənub bürosu xəbər verir ki, Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumatı təsdiqləyib.

Bildirilib ki, bu ana qədər rayonun mərkəzində qar örtüyü 40 sm, dağlarda isə 80 sm-ə çatıb.

Komissiya sədrinin sözlərinə görə, hazırda Lənkəran-Lerik yolu açıqdır. Kəndlərlə Lerikin rayon mərkəzi arasında hərəkət yalnız hündür nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Rayon ərazisində təbii qaz və su təchizatında hər hansı problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb. Səhər saatlarında 35/10 kv-luq hava xəttində baş verən nasazlıq aradan qaldırılıb.

Bununla belə, hazırda Lerikin 80 kəndinin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Həmin kəndlərə elektrik enerjisi verilişinin günün sonuna qədər bərpa edilməsi istiqamətində işlər həyata keçirilir.

Hazırda rayon ərazisində qar yağışı davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti