Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınacaq
- 18 dekabr, 2025
- 23:37
Ermənistana yanacaq daşıyan yük qatarı bir neçə saat sonra Böyük Kəsik stansiyasından yola salınacaq.
"Report"un Qərb bürosunun məlumatına görə, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə bu gecə saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasından Gürcüstana doğru hərəkət edəcək.
Yük, Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.