Cəmil Məlikov: “2030-cu ilə bərpa olunan enerji mənbələrinin inkişafına qoyuluş gücünün 3461 MVt-a çatdırılması planlaşdırılır”

Cəmil Məlikov: “2030-cu ilə bərpa olunan enerji mənbələrinin inkişafına qoyuluş gücünün 3461 MVt-a çatdırılması planlaşdırılır” Bakı. 23 oktyabr. REPORT.AZ/ Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) iştirakı və “Siemens Gamesa” şirkətinin nümayəndələri ilə birgə Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları mövzusunda dəyirmi masa keçirilib.
Energetika
23 Oktyabr , 2018 17:40
Cəmil Məlikov: “2030-cu ilə bərpa olunan enerji mənbələrinin inkişafına qoyuluş gücünün 3461 MVt-a çatdırılması planlaşdırılır”

Bakı. 23 oktyabr. REPORT.AZ/ Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) iştirakı və “Siemens Gamesa” şirkətinin nümayəndələri ilə birgə Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini Samir Vəliyev Azərbaycanın “Siemens” şirkəti ilə uzunmüddətli əməkdaşlıq əlaqələri və ölkənin enerji sektorunda bir sıra layihələrdə iştirakı barədə danışıb. “Siemens Gamesa” şirkətinin bərpa olunan enerji sahəsindəki təcrübəsinin gələcək əməkdaşlıq üçün imkanlar yaratdığını bildirib.

“Siemens Gamesa” şirkətinin nümayəndəsi Viktoriya Maguire Toft Azərbaycanla bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qanunvericilik, maliyyələşmə məsələləri və külək turbinlərinin quraşdırılması üzrə əməkdaşlığa maraqlarını ifadə edib.

Tədbirdə şirkətin fəaliyyət istiqamətləri, külək və günəş enerjisi sahəsində təcrübəsi barədə məlumatlar verilib. Bildirilib ki, şirkətin külək enerjisi üzrə qoyuluş gücü 87 GVT, illik gəliri isə 11 mlrd. avrodur. Şirkət quruda, dənizdə külək türbinlərinin quraşdırılması, texniki xidmət və külək parklarının yaradılması üzrə fəaliyyət göstərir.

ABOEMDA-nın sədr müavini Cəmil Məlikov isə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının, dayanıqlı və təmiz enerjinin təmin edilməsinin əsas hədəflərdən olduğunu deyib. Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrinin inkişafına qoyuluş güclərinin artırılması hesabına nail olmaq mümkündür və bu məqsədlə 2030-cu ilə qoyuluş gücünün 3461 MVt-a çatdırılması planlaşdırılır.

Sonra ölkənin bərpa olunan enerji potensialına dair təqdimatlar dinlənilib. Bərpa olunan enerji mənbələri üzrə yeni layihələr, mövcud qanunvericilik və institusional vəziyyət, bu sahənin investorlar üçün cəlbediciliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəzərdən keçirilib. 

Son xəbərlər

Orphus sistemi