Cahid Mikayılov: "Dayanıqlı inkişafda enerji səmərəliliyi əsas istiqamətdir"
- 13 fevral, 2026
- 11:19
Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyi əsas istiqamətlərdən biridir.
"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov "Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.
"Bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımlar mühüm rol oynayır. Avropa İttifaqının Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmləri təqdim edən mühüm platformadır. Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünüidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək", - o vurğulayıb.
O qeyd edib ki, bu təşəbbüsə qoşulmaq inzibati binaların isitmə xərclərinin azaldılması, istilik izolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerji sərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinə keçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərə bilər.