Bloomberg: “Shell” “BP”ni almaq imkanını nəzərdən keçirir
Energetika
- 04 may, 2025
- 09:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın neft və qaz nəhəngi “Shell” digər neft və qaz şirkəti olan “BP”ni almaq imkanını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, yekun qərar hələ verilməyib.
Bu, “BP”nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq. “Bloomberg” vurğulayıb ki, son bir il ərzində onlar öz dəyərinin üçdə birini itiriblər.
“BP”nin hazırda bazar dəyəri hazırda 56 milyard funt-sterlinq (təxminən 74 milyard ABŞ dolları), “Shell”inki isə 149 milyard funt-sterlinqdir (təxminən 197 milyard ABŞ dolları).
Rəqib olan bu korporasiyaların mümkün birləşməsi neft-qaz sənayesi tarixində ən böyük satınalmalardan biri olacaq.
Son xəbərlər
20:13
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib
Digər ölkələr
20:12
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər
Digər ölkələr
20:12
Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir
Digər ölkələr
20:02
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Digər ölkələr
20:01
Maliyyə nazirinə yeni müavin təyin olunub
Maliyyə
19:59
Bakı-Xırdalan marşrutu ilə hərəkət edən qatarda gecikmə qeydə alınıb
İnfrastruktur
19:55
Foto
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Region
19:50
"Yəmən şəfəqi" əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib
Digər ölkələr
19:47
Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Daxili siyasət