Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb
Energetika
- 10 avqust, 2015
- 07:06
Bakı. 10 avqust. REPORT.AZ/ Cari ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 614,05 min ton Azərbaycan nefti nəql olunub. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,75% çoxdur.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında BTC kəməri ilə 16 859,5 min ton neft ötürülüb ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,33% azdır.
Qeyd edək ki, kəmər istifadəyə verilən gündən 2015-ci il avqust ayının 1-dək BTC-yə 280,7 mln. ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin iyul ayında BTC kəməri ilə 378,753 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub, bu da illik müqayisədə 9,56% azdır.
Son xəbərlər
03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56
Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub
Region02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18
Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Digər ölkələr01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41