"Azəriqaz” ETSN ilə birgə perspektiv fəaliyyət planı hazırlayacaqlar

"Azəriqaz” ETSN ilə birgə perspektiv fəaliyyət planı hazırlayacaqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi arasında növbəti işçi görüş keçirilib.\
Energetika
10 Noyabr , 2021 15:26
Azəriqaz” ETSN ilə birgə perspektiv fəaliyyət planı hazırlayacaqlar

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi arasında növbəti işçi görüş keçirilib.

Bu barədə “Report” “Azəriqaz”a istinadən xəbər verir.

Görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri, “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri iştirak ediblər.

Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması, bu yönümdə perspektiv fəaliyyət planının hazırlanması məsələləri geniş müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi