Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib - YENİLƏNİBAzərbaycan və İtaliya arasında “yaşıl enerji”nin tədarükünün genişləndirilməsi müzakirə edilib
Bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz ixracı gözlənilir.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini görüşündə bildirib.
İtaliyalı nazirlə görüşdə enerji əlaqələrinin genişlənməsi xüsusunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Eni S.P.A” şirkətinin əməkdaşlığı, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin ötürücülük gücünün artırılması, “CESI”nin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırmasında iştirakı, bərpaolunan enerjinin tədarük imkanları kimi məsələlər müzakirə edilib.
“Yaşıl enerji dəhlizi” layihəsi üzrə proseslərin cari vəziyyətindən, layihənin texniki-iqtisadi əsaslandırmasına Bolqarıstanın da daxil edilməsindən bəhs edilib.
Serbiya və İtaliyanın da bu layihəyə qoşulma perspektivləri dəyərləndirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub və italiyalı nazir “Enerji Günü”nə dəvət edilib.
12:04
Azərbaycan və İtaliya arasında “yaşıl enerji”nin tədarükünün genişləndirilməsi müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, Braziliyada İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşüb: “Görüşdə enerji tərəfdaşlığımızın qaz təchizatı ilə yanaşı “yaşıl enerji”nin tədarükü üzrə genişləndirilməsinə, enerji şirkətləri arasında yeni əməkdaşlıq əlaqələrinə və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Enerji Günündə iştiraka dair müzakirələr apardıq”.
Braziliyada İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə #enerji tərəfdaşlığımızın #qaztəchizatı ilə yanaşı #yaşılenerji|nin tədarükü üzrə genişləndirilməsinə, enerji şirkətləri arasında yeni əməkdaşlıq əlaqələrinə və #COP29-un… pic.twitter.com/BLN2ptNzsR