Azərbaycan əhalisinin yanacaq xərcləri 10 %-dən çox artıb

Azərbaycan əhalisinin yanacaq xərcləri 10 %-dən çox artıb ​​​​​​​Bu ilin yanvarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 227,14 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb
Energetika
14 Fevral , 2024 13:54
Azərbaycan əhalisinin yanacaq xərcləri 10 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 227,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5 % artıb.

Son xəbərlər

Orphus sistemi