Energetika Nazirliyindən "Report"a verilən məlumata görə, Bundestaqın komissiya sədrləri ilə keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Nazir N.Əliyev Azərbaycan iqtisadiyyatı, ölkənin investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, sosial sahədə görülən işlər barədə məlumat verib, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.