ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir

ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir “ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir”.
Energetika
1 İyun , 2023 18:56
ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir

“ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt deyib.

“ABŞ-da “yaşıl hidrogen” sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı Azərbaycanın külək və “yaşıl enerji”nin digər növləri üzrə imkanları barədə mənə məlumat verildi”, - o deyib.

C. Pyattın sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübə və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk”.

O qeyd edib ki, yaxın 50 ildə dünyanın enerji sistemləri çox dəyişəcək və bu, Azərbaycan üçün çox vacib məsələdir.

Son xəbərlər

Orphus sistemi