“ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt deyib.
“ABŞ-da “yaşıl hidrogen” sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı Azərbaycanın külək və “yaşıl enerji”nin digər növləri üzrə imkanları barədə mənə məlumat verildi”, - o deyib.
C. Pyattın sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübə və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk”.
O qeyd edib ki, yaxın 50 ildə dünyanın enerji sistemləri çox dəyişəcək və bu, Azərbaycan üçün çox vacib məsələdir.