Nazirlikdən "Report"a verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.
Qeyd edək ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar keçirilən yarışların hərəkət sxeminə aid küçədə üç təhsil müəssisəsi yerləşir. Həmin məktəblər T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdir.
Xatırladaq ki, T.İsmayılov adına 6 nömrəli məktəb-liseydən şagirdlərə aprelin 30-na qədər istirahət verildiyi bildirilmişdi.