Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır.
"Report" xəbər verir ki, avqustun 15-dən “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” istifadəyə veriləcək.
Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha münasib şəkildə təşkilinə yardım edəcək.
Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.
Xatırladaq ki, Təhsil naziri
Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.