Yuxarı

Ceyhun Bayramov

 - 

Azərbaycan Respublikasının təhsil naziri



2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub

2013

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub

2004

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib

2002

2002-2013-cü illərdə “OMNİ” hüquq şirkətinin direktoru olub

2000

2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas işləyib

1996

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb

1990

1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib

1973

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub