“Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub

“Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub.
Elm və təhsil
7 İyul , 2022 10:17
“Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub

İyulun 1-3-də baş tutan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, “Yarımfinal” mərhələsində iştirak edən 317 namizəddən 116 nəfəri final mərhələsində mübarizə aparmağa haqq qazanıb.

Ümumilikdə, Bakı üzrə 80, regionlar üzrə 36 nəfər iştirakçı yarımfinal mərhələsinə buraxılıb. Onlardan 99 nəfəri kişi, 17 nəfəri isə qadındır. Finalçıların 41%-i birinci “Yüksəliş” müsabiqəsinin iştirakçısı olmuşdur. Qeyd edək ki, finalçılar arasında müxtəlif sahələrdən beynəlxalq, özəl və dövlət qurumlarında, həmçinin, QHT-lərdə çalışan namizədlər yer alır.

Müsabiqənin son mərhələsi olan final mərhələsində iştirakçılar 3 gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Xatırladaq ki, Yüksəliş müsabiqəsinin final mərhələsi 15-17 iyul tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq.

17 fevral 2022-ci il qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsində 12299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Son xəbərlər

Orphus sistemi