Vəkil olmaq istəyənlər üçün keçirilən imtаhаn başa çatıb
Elm və təhsil
- 05 noyabr, 2022
- 14:42
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Bu barədə "Report"a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 338 namizəd qeydiyyatdan keçib. 6 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 332 namizəddən 132 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 10,11 və 14 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.
Son xəbərlər
17:21
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Hadisə17:03
İrandan İsrailə raket buraxılışı qeydə alınıb
Digər ölkələr16:50
Premyer Liqa: Lider "Sabah" "İmişli"ni böyük hesabla üstələyib
Futbol16:46
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Biznes16:22
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər
Energetika16:19
Sobyanin: HHM sistemləri Moskvaya yaxınlaşan 16 PUA-nı vurub - YENİLƏNİB
Region16:14
Fars körfəzindəki 24 Hindistan gəmisindən ikisi Hörmüz boğazından keçib
Digər ölkələr16:06
Yalçın Rəfiyev: Müharibələr iqlim böhranını daha da kəskinləşdirir
Ekologiya16:06