Ötən il etik davranış qaydalarını pozan 161 dövlət qulluqçusu cəzalandırılıb - HESABAT

Ötən il etik davranış qaydalarını pozan 161 dövlət qulluqçusu cəzalandırılıb - HESABAT Dövlət İmtahan Mərkəzi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə
Elm və təhsil
3 May , 2023 10:58
Ötən il etik davranış qaydalarını pozan 161 dövlət qulluqçusu cəzalandırılıb - HESABAT

Dövlət İmtahan Mərkəzi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatı açıqlayıb.

"Report" xəbər verir ki, hesabat dövründə müvafiq qanunun müddəalarının tələblərini pozan 161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Həmin intizam tənbeh tədbirlərindən 58-i mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 103-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 161 intizam tənbeh tədbirindən 140-ı töhmət, 9-u dövlət qulluğundan azad edilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 1-i vəzifə maaşının azaldılması, 1-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 8 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı müəyyən olunub ki, ümumilikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirləri yuxarıda adı çəkilən qanunun 4-cü (Vicdanlı davranış), 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 6-cı (Loyallıq), 7-ci (İctimai etimad), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 9-cu (Mədəni davranış), 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, 11-ci (Qərəzsizlik), 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi), 13-cü (Korrupsiyanın qarşısının alınması) tələblərinin pozulması ilə bağlı olub.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 7, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 33, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 2, 7-ci (İctimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 6, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 7, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 95, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 1, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 1, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 3 intizam tənbeh tədbiri tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi