Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edib.
“Report”un yerli bürosu xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 13 iyun-23 iyun 2023-cü il tarixlərdə muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin internet portalında (
Namizədlər test imtahanında iştirak üçün qanunvericilikdə nəzərdə tutulan 100 manat məbləği “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00 -dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər DİM-ə gəlməklə müraciət edə bilərlər.
Vakant vəzifələlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: