Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib.
Elm və təhsil
21 İyul , 2024 14:30
Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının hazırlıqlı gənc hüquqşünaslarla şəffaf prosedurlar əsasında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin test imtahanı mərhələsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində iyulun 21-də Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında fərdi qaydada, kompüter vasitəsilə keçirilib.

İmtahanı Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının (QHT-lərin) və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidəçi kimi izləyiblər. İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə namizədlərdən 13 nəfəri müvəffəqiyyət qazanıb növbəti mərhələyə keçib. Siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş gün ərzində, saat 9-dan 18-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kadrlar bölməsinə (Ünvan:Naxçıvan şəhəri, İslam Səfərli 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə əvvəlcədən namizədlərə məlumat veriləcəkdir.

Son xəbərlər

Orphus sistemi