İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi və saytı təqdim olunub

Elm və təhsil
  • 11 dekabr, 2025
  • 16:59
İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi və saytı təqdim olunub

Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən hazırlanan "İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi" layihəsinin və saytının təqdimatı olub.

"Report"un məlumatına görə, mərkəzin rəhbəri sənətşünas Rafael Gülməmmədov layihənin əhəmiyyəti barədə danışıb:

"Araşdırma zamanı rast gəldiyimiz xəritələrdən biri İrəvanın işğalı üçün rus zabiti tərəfindən hazırlanan xəritə idi. Bu xəritə ən dəqiq və topoqrafik xəritə idi. Şübhəsiz, bu xəritəninin hazırlanmasında ona qalanın içərisindən kömək edilmişdi. Bizim layihə daha çox məhz həmin xəritəyə əsaslanıb".

Onun sözlərinə görə, layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik mənzərəsini əks etdirən vizual materiallar, eləcə də qala daxilində mövcud olmuş dini və ictimai obyektlər haqqında məlumatlar toplanıb:

"İlk dəfə hazırlanmış bu xəritə elmi-etnoqrafik yanaşma əsasında, vizual və yazılı arxiv mənbələrinin qarşılaşdırılması yolu ilə tərtib edilib. Hazırlanmış yeni xəritə İrəvanın tarixi-etnik irsinin vizual və obyektiv şəkildə bərpasına imkan yaradır".

Təqdimatdan sonra araşdırma ətrafında qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti