Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb

Elm və təhsil
  • 28 dekabr, 2015
  • 09:54
Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il Yer kürəsində təxminən 7 ən böyük, ümumilikdə isə 40 geomaqnit qasırğası gözlənilir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib.

Xəbərdarlıq mətnində qeyd olunub ki, 2016-ci ildə 25-40 arası geomaqnit qasırğası proqnozlaşdırılır: "Onların arasında böyük olacaq qasırğaların sayı 3-7 arası dəyişir".

Məlumata görə, 2016-cı ildə günəşin aktivliyinin tədricən düşməsi davam edəcək. Qurum qeyd edir ki, bu təbiət hadisəsi yüksəkorbital peyklərdə yerləşdirilmiş elektronikanın işinin pozulma risklərinə gətirib çıxara bilər.

Rusiya FHN-in yaydığı məlumatda o da bildirilir ki, 2015-ci ildə çox sayda geomaqnit qasırğası qeydə alınıb. Belə ki, bu ilin yanvar ayının 1-dən noyabrın 1-dək 36 geomaqnit qasırğası olub. Onlardan beşi daha böyük qasırğa olub. Ən böyük qasırğa isə iyunun 22-də qeydə alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti